Azərbaycanda yeni turizm bölgəsi yaradılır - Sərəncam

Azərbaycanda yeni turizm bölgəsi yaradılır - Sərəncam Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbov noyabrın 29-da Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Naxçıvanın Şahbuz rayonunda Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi yaradılacaq.
Naxçıvan Turizm Departamentinə Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin turist marşrutuna daxil edilməsi və tanıdılması ilə bağlı tədbirləri görmək, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsində təbiətin qorunmasını və yaşıllıq sahələrinin genişləndirilməsini təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb

Tehsil-press.az

Oxşar xəbərlər