Suriyaya sutka ərzində 900-dən artıq qaçqın qayıdıb

Suriyaya sutka ərzində 900-dən artıq qaçqın qayıdıb Ötən sutka ərzində Suriyaya 922 qaçqın qayıdıb. Livandan "Ceydet-Yabus" və "Tel-Kalah" buraxılış məntəqəsindən 193 qaçqın (62 qadın, 90 uşaq), İordaniyadan "Nəsib" buraxılış məntəqsindən 729 qaçqın (239 qadın, 372 uşaq) öz ölkəsinə qayıdıb. Ölkə daxilində daimi yaşayış yerlərinə gün ərzində 605 Suriya vətəndaşı qayıdıb.
Bundan əlavə, Suriyanın mühəndis bölmələri sutka ərzində 3 əyalətdə 11,4 hektar ərazini minalardan təmizləyiblər. Əməliyyat zamanı 64 partlayıcı, o cümlədən 3 əldəqayırma partlayıcı qurğu aşkar edilib və məhv edilib.

Tehsil-press.az

Oxşar xəbərlər