“Azərbaycanın müasir kapital bazarı” mövzusunda seminar keçirilmişdi

“Azərbaycanın müasir kapital bazarı” mövzusunda  seminar keçirilmişdi Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Azərbaycan Fond Bazarı İştirakçıları Assosasiyassı İctimai Birliyi və Bakı Fond Birjası ilə birlikdə “Azərbaycanın müasir kapital bazarı” mövzusunda seminar keçirilmişdir. Seminarı “Maliyyə” fakültəsinin dekanı i.ü.f.d.dos.Hicran Mirzəyeva açmışdır. O, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” haqqında 2016-cı il 16 mart tarixli 1897 nömrəli sərəncamından irəli gələn tədbirlər içərisində “Maliyyə savadlılığının yüksəldilməsi, maliyyə sistemində çalışanların bilik və bacarıqlarının keyfiyyətcə yeni müstəviyə qalxması, maliyyə sahəsində ali təhsil və peşə təhsilli proqramlarının təkmilləşdirilməsi” istiqamətində bir çox tədbirlərin həyata keçirilməsinın nəzərdə tutulduğunu bildirmişdir. H.Ə.Mirzəyeva cıxışında qeyd olunan hədəflərə nail olmaq üçün müasir əmək bazarının tələblərinə cavab verəcək kadrların yetişdirilməsi məqsədilə iqtisadiyyatın müxtəlif sferalarında fəaliyyət göstərən peşəkar kadrlarla sıx əməkdaşlığın mühüm əhəmiyyətindən danışmışdır. Seminarda Bakı Fond Birjasının aparıcı mütəxəssisi Müseyb Mehdiyev “Bakı Fond Birjası və bazar seqmentləri” haqqında, Azərbaycan Fond Bazarı İştirakçıları Assosasiyassı İctimai Birliyinın Baş mütəxəssisi Əli Hüseynli “Kapital bazarında investisiya imkanları” haqqında maraqlı məruzə ilə çıxış etmişlər. Tədbirin sonunda tələblərdən III kurs tələbəsi Mirzəzadə Səyyad, IV kurs tələbələri Məmmədova Tamam və Yeylağəliyeva Jalə sertifikatlarla təltif olundular.

Mətbuat Xidməti

Oxşar xəbərlər