Sara Sanders: Tramp Gülənin ekstradisiyası ilə bağlı Türkiyəyə təminat verməyib

Sara Sanders: Tramp Gülənin ekstradisiyası ilə bağlı Türkiyəyə təminat verməyib ABŞ prezidenti Donald Tramp FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülənin Amerikadan ekstradisiyası ilə bağlı Türkiyə hökumətinə təminat verməyib. Bu bəyanatla çərşənbə axşamı Ağ evin mətbuat katibi Sara Sanders jurnalistlər üçün keçirdiyi brifinq zamanı deyib.”Onun dediyi yeganə şey ondan ibarətdir ki, biz [ekstradisiya məsələsini nəzərdən keçirdirik, hazırda əlavə etməli bir şey yoxdur”, – deyə Sanders Trampın Gülənin mümkün ekstradisiyası ilə bağlı Türkiyə hökumətinə təminat verib-verməməsi ilə bağlı suala cavabında bildirib.Daha əvvəl Birləşmiş Ştatların Prezident Administrasiyasının əməkaşı ABŞ prezidenti Donald Trampın G20 sammiti çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə görüş zamanı FETÖ terror təşkilatının lideri Fətullah Gülənin ekstradisiyası ilə bağlı üzərinə öhdəlik götürmədiyini bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər