Şahmat üzrə respublika birinciliyi başa çatıb

Şahmat üzrə respublika birinciliyi başa çatıb Salyan şəhər 2 nömrəli tam orta məktəbin idman zalında “Təhsil” Respublika İdman Mərkəzinin şahmat üzrə respublika birinciliyinin final mərhələsi keçirilib.
Yarışın əsasnaməsinə uyğun olaraq finalda 6 yaş qrupu üzrə (6, 8, 10, 12, 14, 16 yaşlaradək) oğlan və qızlar arasında keçirilən zona yarışlarında 1 və 2-ci yerləri tutan, həmçinin finalda birbaşa oynamaq hüququ qazanan yüksək reytinqli şahmatçılar iştirak edib. Ümumilikdə final mərhələsinə 140 məktəbli qatılıb.
Yarışın açılış mərasimində Təhsil Nazirliyinin, rayon rəhbərliyinin, idman ictimaiyyətinin nümayəndələri iştirak edib, məktəblilər konsert proqramları ilə çıxış edib.
Birincilikdə yaş qrupları üzrə 1, 2 və 3-cü yerləri tutan oğlan və qız şahmatçılar diplom və medallarla təltif edilib.
Qeyd edək ki, birinciliyin keçirilməsində məqsəd məktəblilər arasında şahmat idman növünü təbliğ etmək, şahmatçıların oyun təcrübəsini artırmaq, yaş qrupları üzrə yığma komandalara cəlb etmək və idmançılar arasında dostluq əlaqələrini yaratmaqdan ibarət olub.

Mətbuat Xidməti

Oxşar xəbərlər