BDU-nun tələbələri müasir dövrün karyera imkanları barədə məlumatlandırılıb

BDU-nun tələbələri müasir dövrün karyera imkanları barədə məlumatlandırılıb Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkının təşkilatçılığı ilə “Gələcəyin karyerası, dəyişən peşələr” adlı seminar keçirilib.
Bakalavr səviyyəsi üzrə təhsil alan buraxılış kurs tələbələrinin və magistrantların iştirak etdikləri tədbirdə Karyera, Praktika və Məzunlarla Əlaqə Mərkəzinin müdiri, dosent Adil Xasayev seminarın əhəmiyyətini diqqətə çatdırıb.
Sonra Yüksək Texnologiyalar Parkının texnologiyaların transferi və biznes inkubasiya şöbəsi müdirinin müavini Vüsal Süleymanlı müasir dövrün karyera imkanları, gələcəyin dəyişən peşələri, startap layihələri barədə danışıb, təşəbbüskarlığın insan həyatında rolunu vurğulayıb.

BDU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər