Deloitte Azərbaycan şirkətinin nümayəndələri BDU tələbələri üçün təqdimat ediblər

Deloitte Azərbaycan şirkətinin nümayəndələri BDU tələbələri üçün təqdimat ediblər Karyera, Praktika və məzunlarla əlaqə mərkəzinin təşəbbüsü ilə Deloitte Azərbaycan şirkətinin nümayəndələri, Risklər üzrə məsləhətlər şöbəsinin direktoru Tural Hacıyev, məsləhətçisi Ülkər Şirinbəyli və İnsan Resursları şöbəsinin əməkdaşı Əfsanə Lətifova Tətbiqi Riyaziyyat və kibernetika, Hüquq fakültələrinin tələbələri üçün təqdimat keçiriblər. Təqdimatda Deloitte şirkəti barədə məlumat tələbələrin diqqətinə çatdırılıb, işə qəbul prosesi, şirkətdə karyera imkanları və imtiyazlar, vakant yerləri barədə məlumat verilib.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Deloitte şirkəti audit, vergi, hüquq və konsaltinq sahələrində peşəkar xidmətlər təklif edən ən aparıcı şirkətlərdən biridir. Artıq on ildir ki, Deloitte şirkəti Azərbaycan bazarında müvəffəqiyyətlə fəaliyyət göstərir və hazırda şirkətin Bakı ofisində 110 nərdən artıq işçi çalışır.

Hüseyn Şərifov

Oxşar xəbərlər