Hindistanın Tamilnad ştatının Pudukkottay dairəsində yol qəzası nəticəsində 11 zəvvar dünyasını dəyişib. Zəvvarlar Sabarimala şəhərində Ayappana məbədini ziyarət etdikdən sonra evə qayıdırdı. Zəvvarların olduğu avtomobil yük maşını ilə toqquşub. 7 nəfər dərhal hadisə yerində ölüb, daha 4 nəfər xəstəxanada dünyasını dəyişib.