İntihara cəhd edən: Arvadımı işlə təmin edin

İntihara cəhd edən: Arvadımı işlə təmin edin Ona rəsmi xəbərdarlıq edilib.

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağcabədi şəhərində 1 nəfərin intihar etmək məqsədilə hündurlüyü 30 metr olan qülləyə çıxması barədə məlumat daxil olub. Dərhal yanğınsöndürən-xilasedicilər hadisə yerinə cəlb olunaraq vətəndaşla pisixoloji söhbətlər aparıb və intihara cəhdin qarşısı alınıb.
Vətəndaş adiyyəti üzrə təhvil verilib. Tehsil-press.az-ın məlumatına görə, ntihara cəhd edən şəxsin 1985-ci il təvəllüdlü Bağırov Sənan Zöhrab oğlu olması müəyyən edilib. Bəlli olub ki, o, mart ayında da beşmərtəbəli binanın damına çıxaraq intihara cəhd edib.
S.Bağırova bir daha ictimai asayişi pozmaması ilə bağlı rəsmi xəbərdarlıq edilib. İntihara cəhdin səbəbinə gəlincə, işsiz olan 31 yaşlı şəxs deyib ki, həyat yoldaşının işlə təmin edilməsini və ailəsinə sosial yardım ayrılmasını istəyir.

tehsil-press.az

Oxşar xəbərlər