UNEC Varşava İqtisadiyyat Məktəbi ilə birgə ikili diplom proqramları həyata keçirəcək

UNEC Varşava İqtisadiyyat Məktəbi ilə birgə ikili diplom proqramları həyata keçirəcək Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) iqtisadiyyat və idarəetmə kafedrasının dosenti Əli-Ağa İsmayılzadə Polşanın paytaxtı Varşavada keçirilən elmi konfransda iştirak edib.
Varşava İqtisadiyyat Məktəbində (SGH) təşkil olunan elmi konfrans ekonometrik tədqiqatlara həsr olunub. Polşa, Almaniya, İsveçrə, İspaniya və digər ölkələrin iqtisadçı alimlərinin qatıldığı konfransda UNEC-in müəlliminin “İnsan resursları istehsal və investisiyanın ən əhəmiyyətli qaynağı kimi” mövzusunda məruzəsi dinlənilib.
Konfrans çərçivəsində SGH ilə UNEC arasında ikili diplom və magistr proqramları istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub. SGH universitetində hər il təşkil edilən yay məktəbində UNEC-in tələbələrinin iştirakı barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, yüz ildən çox fəaliyyət göstərən Varşava İqtisadiyyat Məktəbi Mərkəzi və Şərqi Avropanın aparıcı iqtisadyönümlü universitetidir.

UNEC-in Mətbuat Xidməti

Oxşar xəbərlər