
Bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova keçirilən brifinqdə deyib.
Mətbuat katibi həmçinin bildirib ki, xəbərdarlıqdan sonra bütün qurumlar baş verə biləcək hadisələrin qarşısını almaq üçün gücləndirilmiş iş rejiminə keçib: "Şükür ki, hər hansı bədbəxt hadisə qeydə alınmayıb. Bu hadisə onu göstərdi ki, ölkəmizdə bütün qurumlar, nazirliklər yüksək səviyyədə hazırlıq tədbirləri görür, işləri əlaqəli şəkildə, düzgün qururlar. Təhlükəsizlik məqsədilə keçirilən tədbirlər mətbuatda müntəzəm işıqlandırılır".
Daha əvvəl bildirilib ki, bu gün saat 21:00-a olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti 26-31 m/s təşkil edir.
Tehsil-press.az