Gələn ay dərsliklərlə bağlı normativ hüquqi aktlar qəbul ediləcək

Gələn ay dərsliklərlə bağlı normativ hüquqi aktlar qəbul ediləcək Növbəti ayda dərsliklərlə bağlı normativ hüquqi aktlar qəbul ediləcək.
Bunu təhsil nazirinin müavini İdris İsayev Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında çıxış edərkən deyib.
İ.İsayevin sözlərinə görə, həmin sənəddə dərsliklərin, qriftin hazırlanması və s. kimi məsələlər öz əksini tapıb: “Burada dərsliklərlə bağlı məsələləri bir qədər genişləndirə bilərik”.
Nazir müavini bildirib ki, 11-ci sinif istisna olmaqla, bir sinifdən digərinə keçirilmədə məktəblər sərbəstdir.
İ.İsayev əlavə edib ki, ümumtəhsil müəssisələrinin nizamnamə nümunəsi yaxın aylarda Nazirlər Kabineti tərəfindən təsdiqlənəcək.

Tehsil-press.az

Oxşar xəbərlər