Azərbaycan Universitetində “Vətən dərsi: Şəhadət” filminin nümayişi olub

Azərbaycan Universitetində “Vətən dərsi: Şəhadət” filminin nümayişi olub Azərbaycan Universitetində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında Mənəvi Dəyərlərin Təbliği Fondu və “Azadlıq Hərəkatçıları” İctimai Birliyinin birgə layihəsi əsasında lentə alınmış “Vətən dərsi: Şəhadət” sənədli filminin nümayişi və müzakirəsi keçirilib.
Nadir Bədəlovun ssenarisi əsasında rejissor Böyükağa Məmmədovun ekranlaşdırdığı filmdə torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman oğul və qızlarımızın timsalında şəhidliyin uca və müqəddəs zirvə olduğu vurğulanır, paralel olaraq radikal dini cərəyanların qurbanına çevrilmiş şəxslərin doğmaları yaxınlarının bu cərəyanlara qoşulmasından və yaşadıqları əziyyətlərdən danışırlar.
Tələbələrin iştirakı ilə keçirilən müzakirədə “Azadlıq Hərəkatçıları” İctimai Birliyinin sədri Təhmasib Novruzov filmin cəmiyyətin üzləşdiyi mənəvi boşluğun doldurulmasına xidmət məqsədilə çəkildiyini qeyd edib. Mənəvi Dəyərlərin Təbliği Fondunun əməkdaşı Rəşid Paşalı tələbələrə fondun fəaliyyəti və həyata keçirdiyi layihələr haqqında məlumat verib.
Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru, prof. Yusif Qasımov bildirib ki, “şərəfli ölüm” və “qınanan ölüm” kimi ziddiyyətlər üzərində qurulan film məhdud düşüncəli, cəhalətin əsarətində olan insanlardan uzaq durulması fikrini, elmin və öyrənmənin əhəmiyyətini aşılayır. Prorektor deyib: “Qəhrəmanlığın yüzlərlə cəbhəsi var ki, başlıcası savadlı və elmli olmaqdır. Səbəbi və mahiyyəti dərk etmədən silah çəkmək cahilliyin əlamətidir. Yeri gəlsə düşmənə qarşı amansız və qəddar olmaq lazımdır. Xocalı faciəsindən keçib, Aprel döyüşlərində qələbə çalmaq mümkündür”.

İctimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Universitetində “Vətən dərsi: Şəhadət” filminin nümayişi olub

Azərbaycan Universitetində “Vətən dərsi: Şəhadət” filminin nümayişi olub

Azərbaycan Universitetində “Vətən dərsi: Şəhadət” filminin nümayişi olub

Azərbaycan Universitetində “Vətən dərsi: Şəhadət” filminin nümayişi olub


Oxşar xəbərlər