BP-nin vitse-prezidenti Bakı Ali Neft Məktəbində seminar keçib

BP-nin vitse-prezidenti Bakı Ali Neft Məktəbində seminar keçib BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə planlaşdırma və kommersiya əməliyyatları üzrə vitse-prezidenti Niall Henderson Bakı Ali Neft Məktəbinin (BANM) biznesin idarə edilməsi (MBA) ixtisası üzrə təhsil alan magistrantlarına seminar keçib.
O, BP şirkətinin fəaliyyəti, uzunmüddətli enerji perspektivləri, enerji keçidlərinin onilliklərdə təcrübəsi, ölkəmizdə elektrik istehlakının artması, Azərbaycanın bərpaolunan enerji payı, azkarbonlu bizneslərin qurulması ilə bağlı biliklərini və son tendensiyaları tələbələrlə paylaşıb. Vitse-prezident tələbələrin suallarını cavablandırıb, onlarla fikir mübadiləsi aparıb.
Qeyd edək ki, BANM MBA proqramını tələbələrə daha maraqlı etmək üçün dərslərdən başqa, xüsusi günlərdə cəmiyyətdə tanınmış və idarəetmədə xüsusi rolu olan rəhbər şəxslərlə görüşlər keçirir. Məqsəd tələbələrin biznes sektoru üzrə dünyagörüşünü formalaşdırmaq, onların rəhbər şəxslərlə ünsiyyət qurmasına və fikir mübadiləsi apara bilməsinə şərait yaratmaqdır.

BANM-nin Mətbuat Xidməti

Oxşar xəbərlər