
Konfransda Avrasiya məkanında enerji təhlükəsizliyinə qlobal çağırışlar, o cümlədən tələb və təklif problemi, enerji bazarları və tənzimləmə, elektrik enerjisi təchizatının dayanıqlığı, Avrasiyada enerji səmərəliliyi, ənənəvi enerji, alternativ enerji və istilik təchizatı, təbii qazdan istifadə, innovasiyalar və sənayenin inkişafı mövzularına toxunulacaq.
Konfransda nüfuzlu beynəlxalq təşkilat və şirkətlərlə yanaşı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Energetika Nazirliyinin, SOCAR-ın, Bakı Ali Neft Məktəbinin, BP-nin, “Cənub Qaz Dəhlizi“ QSC-nin və digər müəssisə və şirkətlərin rəhbərlərinin iştirakı nəzərdə tutulur.
BANM-nin Mətbuat Xidməti