
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyə parlamentinin sədrinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Heydər Əliyev Beynəlxalq Aeroportunda Mustafa Şentopu Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov qarşılayıb.
Qeyd edək ki, Mustafa Şentop Türkiyə Böyük Millət Məclisinin sədri seçildikdən sonra ilk səfərini dost və qardaş Azərbaycana edir.
Tehsil-press.az