Dünya Bankının eksperti: Universitetlər insan resurslarının hazırlanmasında böyük rol oynayır

Dünya Bankının eksperti: Universitetlər insan resurslarının hazırlanmasında böyük rol oynayır “İqtisadiyyatın Şaxələndirilməsi - Özəl Sektorun Rolu üzrə Yüksək Səviyyəli Forum” çərçivəsində Bakıya gələn Dünya Bankının baş iqtisadçısı Volfqanq Fengler və bankın Bakı ofisinin rəhbəri Səidə Bağırova UNEC-də olub.
UNEC-in rektoru, professor Ədalət Muradov və universitetin professor-müəllim heyəti ilə görüşən Dünya Bankının nümayəndəsi təqdimatla çıxış edib.
İqtisadçı region, eləcə də dünyada baş verən qlobal tendensiyalar və onların Azərbaycana təsirindən danışıb. Dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələrinin uğur meyarlarını və iqtisadi inkişafı təmin edən 5 əsas prinsipi açıqlayan ekspert, onları Azərbaycanla müqayisə edərək, uyğunluq istiqamətlərini göstərib.
Azərbaycanın iqtisadi uğur əldə etmək üçün geniş imkanlarının olduğunu bildirən V.Fengler, ölkə iqtisadiyyatının insan resurslarının üzərində qurulmasının əhəmiyyətindən söz açıb. Dünya Bankının nümayəndəsi bu istiqamətdə universitetlərin üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb.
Ekspert “Big data”nı XXI əsrin aparıcı qüvvəsi adlandıraraq, gələcək proseslərin modelləşdirilməsində, eləcə də dünya iqtisadiyyatının tənzimlənməsində onun rolundan bəhs edib. V.Fengler dünyada səhiyyə üzrə verilən iki proqnozdan birinin yanlış olduğuna diqqət çəkərək, məhz “Big data” sayəsində həmin problemlərin aradan qaldırılacağını vurğulayıb.
Təqdimatda hazırkı enerji bazarlarının tendensiyaları, günəş enerjisinin maya dəyərinin azalması, kimyəvi məhsul bazarına marağın artması, iqtisadi tarazlığın bərpası, biznes riskləri və digər məsələlərə toxunulub. Həmçinin qlobal dəyişikliklərin Azərbaycana təsiri və ölkə üçün yaranan imkanlar şərh edilib.
Sonra Dünya Bankının nümayəndəsi Azərbaycan iqtisadiyyatının tənzimlənməsində Dünya Bankının baxışları, ölkə iqtisadiyyatının gələcək perspektivləri, həmçinin qeyri neft sektorunda xarici investisiyaların rolu barədə sualları cavablandırıb.
Sonda Dünya Bankının resurslara əsaslanan iqtisadiyyatdan insan kapitalına əsaslanan iqtisadiyyata transformasiyası ilə bağlı apardığı tədqiqatların UNEC-ə təqdim ediləcəyini bildirib.

UNEC-in Mətbuat Xidməti


Dünya Bankının eksperti: Universitetlər insan resurslarının hazırlanmasında böyük rol oynayırDünya Bankının eksperti: Universitetlər insan resurslarının hazırlanmasında böyük rol oynayırDünya Bankının eksperti: Universitetlər insan resurslarının hazırlanmasında böyük rol oynayır



Oxşar xəbərlər