Utrextdə tramvayda cinayət törədən şəxs yaxalandı

Utrextdə tramvayda cinayət törədən şəxs yaxalandı Hollandiya polisi Utrextdə tramvayda baş verən insidentlə bağlı açıqlama yayıb.
Silahlı hücum nəticəsində 3 nəfərin öldüyü, 5 nəfərin isə yaralandığı bildirilib.
Hadisəni törədən 37 yaşlı Gökmən Tanış isə yaxalanıb.
Hollandiya Ədliyyə və təhlüksəzilik naziri Qrapperhaus bildirib ki, insidentin əsl səbəbi hələlik məlum deyil:
“Tək nəfərlik hücum olduğunu düşünürük. Amma araşdırmanın nəticəsinin nə olacağını indidən demək çətindir. Hər kəsi diqqətli və təmkinli olmağa çağırıram”.
Qeyd edək ki, hadisədən sonra verilən ilkin açıqlamada 3 nəfərin öldüyü, 9 nəfərin isə yaralandığı bildirilirdi.

Tehsil-press.az

Oxşar xəbərlər