Yekun test imtahanı: 177 namizəd zal nəzarətçisi sertifikatı əldə edib

Yekun test imtahanı: 177 namizəd zal nəzarətçisi sertifikatı əldə edib Dövlət İmtahan Mərkəzi (DİM) martın 24-26-da zal nəzarətçisi sertifikatı əldə etmək istəyən namizədlər üçün yekun test imtahanı keçirilib. İmtahan kompüter vasitəsilə DİM-in inzibati binasında təşkil olunub və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
İmtahanda 180 nəfər iştirak edib. İmtahanın nəticələrinə əsasən, 16 nəfər A, 161 nəfər isə B kateqoriyası olmaqla, ümumilikdə 177 namizəd tələb olunan şərtləri ödəyərək zal nəzarətçisi sertifikatı əldə edib.
Hər bir namizəd nəticələrlə bağlı məlumatı öz elektron anketinə daxil olaraq ala bilər.
Zal nəzarətçisi sertifikatı əldə etmiş şəxslər mütəmadi olaraq DİM tərəfindən keçirilən imtahanlara cəlb olunacaqlar.
Xatırladaq ki, zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması məqsədilə namizədlərin elektron qeydiyyatı yanvarın 31-də başa çatıb. Avqust ayından etibarən qeydiyyat sistemi yenidən aktiv ediləcək.

DİM-in Mtbuat Xidmti


Oxşar xəbərlər