
Nazirliyin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin inzibati binasında Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlardan maddi yardımın göstərilməsi ilə bağlı sənədlərin qəbuluna başlanılıb. Yanğın nəticəsində zərər çəkmiş sahibkarlardan sənədlərini Agentliyə təqdim etmələri xahiş olunur.
Sahibkarlar vahid ərizə formasını bu linkdən və ya İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən əldə edə bilərlər.
Tehsil-press.az