Məktəblərdə peşəyönümü istiqamətində maarifləndirici görüşlər davam edir

Məktəblərdə peşəyönümü istiqamətində maarifləndirici görüşlər davam edir Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi peşəyönümü işinin təbliği və təşkili üçün məktəblilərlə görüşlər keçirir.
Mərkəzin müəllimləri peşəyönümü sahəsində maarifləndirmə işi aparmaq məqsədilə Xəzər rayonunda yerləşən 322 nömrəli orta məktəbin IX və XI sinif şagirdləri ilə görüşüblər. Onlar məktəblilərə mərkəzin maddi-texniki bazası, tədris olunan ixtisaslar, qəbul qaydaları haqqında ətraflı məlumat verib, şagirləri maraqlandıran sualları cavablandırıblar.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanına əsasən “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq edilib. Sənəd hazırlananda Azərbaycanda orta təhsil pilləsi məzunlarının yalnız 11 faizi peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunurdu. Bu, əhalinin təhsilin peşə-ixtisas istiqamətinə marağının az olmasından irəli gəlirdi. Hazırda müvafiq Strateji Yol Xəritəsi çərçivəsində ümumtəhsil müəssisələrində peşəyönümü işi gücləndirilib.

Tehsil-press.az



Oxşar xəbərlər