“Ermənistan Azərbaycanla olan problemini həll etməlidir” - Türkiyəli deputat

“Ermənistan Azərbaycanla olan problemini həll etməlidir” - Türkiyəli deputat AKP-nin Ordudan olan millət vəkili Mətin Gündoğdu Yerevanda Qaradəniz İqtisadi Əməkdaşlıq Parlamentlərarası Assambleyasının iclasına qatılıb.
Deputat iclasdan sonra ermənistanlı jurnalistlərin suallarını cavablandırıb. O, Türkiyənin Ermənistanla münasibətləri normallaşdırması üçün yeni hökumətin Azərbaycanla olan problemləri həll etməli olduğunu deyib:
“Ermənistan diasporu ölkəyə zərər verir və qapıları bağladır. Gərgin mühitdə problem həll edilə bilməz. Ermənistan yeni hökuməti ilə dünyaya açılmalı və iqtisadiyyatını gücləndirməlidir. İki dövlət bir millət olduğumuz Azərbaycanı özümüzdən ayırmırıq. Azərbaycan bizim üçün qırmızı xətdir. Ermənistan Azərbaycanla olan problemlərini həll etməlidir. Regionun rifahı və bölgədə yaşayanlar üçün bu çox önəmlidir. Bunu edə bilsəniz, güclü coğrafiya qura bilərik”.

Tehsil-press.az



Oxşar xəbərlər