Rusiyaya ilk dəfə getdi...

Rusiyaya ilk dəfə getdi... Şimali Koreya prezidenti Kim Çen In ilk dəfə Rusiyaya rəsmi səfər edib.
Həsən sərhədyanı stansiyasında zirehli qatardan düşən KXDR rəhbərini milli geyimlərdə olan rus qızları əllərində duz-çörəklə qarşılayaraq ona gül dəstəsi təqdim ediblər.
Inı Rusiya XİN rəhbərinin müavini İqor Morqulov, Rusiyanın Koreya Xalq Demokratik Respublikasındakı səfiri Aleksandr Matseqor, Uzaq Şərq və Arktika üzrə inkişaf naziri Aleksandr Kozlov, Primorski diyarının qubernatoru Oleq Kojemyako qarşılayıb.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinlə Şimali Koreya liderinin ilk rəsmi görüşü aprelin 25-də Rus adasındakı Uzaq Şərq Federal Universitetinin kampusunda baş tutacaq. Onun Rusiya səfəri aprelin 27-də bitəcək.

Tehsil-press.az




Oxşar xəbərlər