Kim Çen In kömək üçün Rusiyaya müraciət etdi

Kim Çen In kömək üçün Rusiyaya müraciət etdi Şimali Koreya lideri Kim Çen In ölkəsinə qarşı sanksiyaların yüngülləşdirilməsi məsələsində Rusiyanın dəstəyinə ümid edir.
Bu barədə Pxenyana səfər edən Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib.
"Kim Çen In ABŞ ilə Şimali Koreyanın artıq Sinqapur danışıqlarından sonra üzərlərinə götürdükləri öhdəliklər çərçivəsində etdikləri ilə əlaqədar Rusiyanın da Şimali Koreyaya qarşı sanksiyaların yüngülləşdirilməsi məsələsində səylər göstərəcəyinə çox ümid edir", - V.Matviyenko deyib .
Onun sözlərinə görə, söhbət zamanı Şimali Koreya lideri ABŞ prezidenti Donald Tramp haqqında xoş sözlər deyib.

Tehsil-press.az


Oxşar xəbərlər