
Gömrük Akademiyasının “Hüquqşünaslıq” ixtisası üzrə III kursda təhsil alan tələbələri Həsən Həsənzadənin “Azərbaycan Respublikasına avtonəqliyyat vasitələrinin idxalı”, Elvin Qazaxovun “Səlahiyyətli iqtisadi operator İnstitutunun Azərbaycan Respublikası Gömrük qanunvericiliyində yeri və əhəmiyyəti” mövzusunda məruzələri konfransın proqramına daxil edilib.
Bu konfransda iştirak Akademiyanın tələbələri tərəfindən iqtisadi təhlükəsizlik və gömrük işinin təşkili məsələləri ilə bağlı beynəlxalq forumlarda öz araşdırmalarının nəticələrini təqdim etmək üçün ilk təşəbbüs olub.
Mətbuat Xidməti