Sumqayıt Dövlət Rəsm Qalareyasında “Hər uşaq bir çiçəkdir-2”adlı uşaq geyimlərindən ibarət moda nümayişi keçirilib

Sumqayıt Dövlət Rəsm Qalareyasında “Hər uşaq bir çiçəkdir-2”adlı uşaq geyimlərindən ibarət moda nümayişi keçirilib Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, Sumqayıt Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə rəssam-modelyer Günel Heseynovanın “Hər uşaq bir çiçəkdir-2” adlı uşaq geyimlərindən ibarət moda nümayişi keçirilib.
Sumqayıtın 70 illik yubiley tədbirləri çərçivəsində keçirilən sərgi-tədbirdə 20 batika üslubu ilə (parça üzərində xüsusi boyalarla) işlənmiş uşaq geyimləri və və 30-a yaxın dekorativ-tətbiqi sənət əsərləri nümayiş olunub.
Tədbirdə Sumqayıt Regional Mədəniyyət idarəsinin məsləhətçisi Bayram Cəfərov, iqdisadçı ekspert İndira Şəmisvari, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Həsənov, Qalereyanın direktoru Ellada Həsənova, Əməkdar Mədəniyyət İşçisi Ətraba Rzayeva çıxış edərək sərgi-tədbir haqqında öz təəsüratlarını bölüşüblər.
Tədbirdə 4 saylı Diyarşünaslıq klubunun nəzdində fəaliyyət göstərən “Buratina” rəqs qrupu və Şəhər Mədəniyyət Evinin solisti Natiq Ayxan musiqi nömrələri ilə çıxış ediblər.
Sonda balaca fidanlar Sumqayıt Dövlət Rəsm Qalereyası tərəfindən fəxri fərmanlarla təltif olunub.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti


Sumqayıt Dövlət Rəsm Qalareyasında “Hər uşaq bir çiçəkdir-2”adlı uşaq geyimlərindən ibarət moda nümayişi keçirilibSumqayıt Dövlət Rəsm Qalareyasında “Hər uşaq bir çiçəkdir-2”adlı uşaq geyimlərindən ibarət moda nümayişi keçirilibSumqayıt Dövlət Rəsm Qalareyasında “Hər uşaq bir çiçəkdir-2”adlı uşaq geyimlərindən ibarət moda nümayişi keçirilibSumqayıt Dövlət Rəsm Qalareyasında “Hər uşaq bir çiçəkdir-2”adlı uşaq geyimlərindən ibarət moda nümayişi keçirilib

Oxşar xəbərlər