Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi münasibətilə silsilə tədbirlər keçirilir

Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi münasibətilə silsilə tədbirlər keçirilir Sumqayıt Reginal Mədəniyyət idarəsi və Abşeron rayon İcra Hakimiyyətinin dəstəyi ilə Abşeron rayon mədəniyyət mərkəzində keçirilən tədbirdə Abşeron rayonu İcra hakimiyyətinin başçısı İradə Gülməmmədova, Sumqayıt Reginal Mədəniyyət idarəsinin rəisi Mehman Şükürov, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivi, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirin aparıcıları ilk olaraq 28 may Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında geniş məlumat verib. Sonra Azərbaycan Xalq Cumhuriyyətinin tarixinə dair film nümayiş olunub. Bayram tədbirində Azərbaycan Respublikasının Xalq Artisti, dünya şöhrətli sənətkar Alim Qasımov və qızı Əməkdar Artist Fərqanə Qasımova, muğam ifaçısı, Əməkdar Artist Ehtiram Hüseynov, Əməkdar artist Təyyar Bayramov, "Xalq ulduzu" yarışmasının qalibi Tural Salmanov, Səməd Xasıyev və digər mügənnilər bir səhnəni bölüşərək Sumqayıt Regional Mədəniyyət idarəsinin Xalq Çalğı Alətləri Orkestri (Dirijor Əməkdar Mədəniyyət İşçisi Vaqif Süleymanov) və Xor kollektivinin (Dirijor Firəngiz Xəlilova) müşayiəti ilə Azərbaycan bəstəkarlarının əsərlərini ifa ediblər.
Xızı rayon İcra Hakimiyyətinin dəstəyi və Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyinin təşkilatçılığı ilə Heydər Əliyev keçirilən tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib. Sonra Sumqayıt Regional Mədəniyyət İdarəsinin F.Əmirov adına uşaq musiqi məktəbinin müəllimlərdən ibarət “Buta” qızlar ansamblı konsert proqramı ilə çıxış edib. Azərbaycan xalq və bəstəkar mahnıarı, instrumental musiqilərdən ibarət konsert proqramı rayon rəhbərliyi və ictimaiyyəti tərəfindən alqışlarla qarşılanıb.
Sumqayıt Dövlət Rəsm Qalereyasında “Art-Festival” keçirilib. Festival Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, Sumqayıt Dövlət Rəsm Qalereyasının, Sumqayıt İdman və Gənclər Baş idarəsinin, S.Vurğun adına Mərkəzi Kitabxana və uşaq şğbəsinin, Mədəniyyət işçiləri Həmkarlar İttifaqının Sumqayıt şəhər Komitəsinin, Şəhər Mədəniyyət evinin, C.Cabbarlı adına Mədəniyyət evinin və Novxanı Sənətkarlıq Klubunun birgə təşilatçılığı ilə ərsəyə gəlib. Festivalı keçirməkdə əsas məqsəd rəssamların əl işlərinin nümayişi, canlı performans, dekorativ sənət nümunələrinin nümayişini şəhər ictimaiyyətinə çatdırmaqdır. Tədbirdə 32 ədəd rəsm əsəri və 50 ədəd dekorativ tətbiqi işləri və Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı ədəbiyyatları əks etdirən kitab sərgisi nümayiş olunub. Festivalda rəssam Nəsibə Şükürovanın canlı performansı, Səhər Mədəniyyət evinin solistləri Mehman Əhmədov, Pərviz Hüseynov, Ksenya Məmmədova, Zaur Kərimov, Natiq Ayxanın ifasında mahnılar, “Narbala” kukla teatrının “Dovşanın evi” tamaşası, S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsində fəaliyyət göstərən Sabir Sarvan adına Uşaq Poeziya klubunun üzvlərinin ifasında səhnələşdirilmiş tamaşa, C.Cabbarlı adına Mədəniyyət evinin “Turan” rəqs qurupunun ifasında milli rəqslərimiz maraqla qarşılanıb. Tədbirdə AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Qubadlı bölməsinin sədri Namiq Məna, şair Əşrəf Veysəlli, Rafiq Yusifoğlu çıxış ediblər. Festivalda Novxanı sənətkarlıq klubunun rəssamlıq dərnəyinin üzvləri və “Canlanır hər qarış çöl Sumqayıtda” adlı plenerdə iştirak edən gənc rəssamlar fəxri fərmanla təltif olunub.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti


Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi münasibətilə silsilə tədbirlər keçirilirSumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi münasibətilə silsilə tədbirlər keçirilirSumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi münasibətilə silsilə tədbirlər keçirilirSumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi münasibətilə silsilə tədbirlər keçirilirSumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi münasibətilə silsilə tədbirlər keçirilirSumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi münasibətilə silsilə tədbirlər keçirilirSumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi münasibətilə silsilə tədbirlər keçirilirSumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi münasibətilə silsilə tədbirlər keçirilirSumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi münasibətilə silsilə tədbirlər keçirilir

Oxşar xəbərlər