Sumqayıt şəhər mədəniyyət müəssisələrində bayram tədbirləri keçirilib

Sumqayıt şəhər mədəniyyət müəssisələrində bayram tədbirləri keçirilib Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Sumqayıt şəhər mədəniyyət müəssisələrində 8 Mart Qadınlar Günü münasibətilə bayram tədbirləri keçirilib.
N.Nərimanov adına Mədəniyyət Mərkəzində “Nəğməkar analar, şair analar” adlı Mədəniyyət Mərkəzi və filiallarla birgə konsert proqramı keçirilib. Əvvəlcə uzun illər mədəniyyət sahəsində çalışmış Felman Lazımov xanımları təbrik edib, xoş arzularını çatdırıb. Sonra gənc müğənnilər İbrahim Fərzəliyev, Şəbnəm Faiqqızı, Vasif Nəsirli, Pənah Məmmədli, Leyla Məmmədova öz mahnı sovqatları ilə xanımlarımızı təbrik ediblər. Konsert proqramının sonunda Sumqayıtın 70 illiyi münasibətilə Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilmiş “Ritm bir dünyadır” adlı ritm müsabiqəsinin qalibləri mükafatlandırılıb. Münsiflər heyətinin qərarı ilə 1, 2, 3-cü yerlərə layiq görülmüş və fəallığına görə fəsrqlənən müsabiqə iştirakçıları Mədəniyyət Mərkəzi tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
4 saylı Diyarşünaslıq klubunun özfəaliyyət kollektivinin təşkil etdiyi Nigar Fərəməzlinin aparıcılıq etdiyi konsert proqramında “Aleqro” rəqs qrupunun ifasında hind rəqsi, “Xəmsə” instrumental ansamblının ifasında instrumental musiqilər, solistlər Rüstəm Dadaşov, Elməddin Eyyubovun ifasında şən mahnılar, usaqlardan ibaret xor qrupunun ifasında – “Anacan” mahnısı maraqla dinlənilib. Sonra Klubun balaca fidanları: Xanım və Nicat Abdullayevlər, Həcər Səfərli, Nərmin Fərəclinin ifasında şeir və təbriklərdən ibarət kompozisiya tədbirə xüsusi ovqat qatıb. Daha sonra tədbir iştirakçıları klubun rəsm kursu üzvlərinin əl işlərindən ibarəət sərgi ilə yaxından tanış olublar. Sonda rəsm kursu üzvləri fəxri fərmanla təltif olunublar.
Bülbül adına Uşaq incəsənət məktəbində keçirilən konsert proqramında xanəndə müəllimlərindən Əfras Məmmədov, Əsgər İsmayılov öz ifaları ilə qadınları təbrik edib. Sonra müəllimlərdən İlhamə Yusif qızı, Ruslan Tağıyev, Habil Əliyev ifasında xalq və bəstəkar mahnıları, məktəbin müəllim və şagirdlərindən ibarət birləşmiş xor kollektivinin çıxışı dinlənilib.
Qara Qarayev adına uşaq musiqi məktəbində keçirilən tədbirdə məktəbin xor kollektivinin ifasında mahnılar, şagird və müəllim kollektivinin ifasında xalq mahnı və rəqsləri, həmçinin bəstəkar əsərləri ifa edilib.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti


Sumqayıt şəhər mədəniyyət müəssisələrində bayram tədbirləri keçirilibSumqayıt şəhər mədəniyyət müəssisələrində bayram tədbirləri keçirilibSumqayıt şəhər mədəniyyət müəssisələrində bayram tədbirləri keçirilibSumqayıt şəhər mədəniyyət müəssisələrində bayram tədbirləri keçirilibSumqayıt şəhər mədəniyyət müəssisələrində bayram tədbirləri keçirilib


Oxşar xəbərlər