65 yaşlı sürücü qəribə avtomobili ilə Azərbaycanı gəzir

65 yaşlı sürücü qəribə avtomobili ilə Azərbaycanı gəzir 65 yaşlı Nağı İsmayılov fərqli görünüşə malik olan avtomobilini 20 ildir ki, idarə edir. O, həmin avtomobillə ölkəmizin rayonlarını gəzməyi qarşısına məqsəd qoyub.
“Niva” mühərriki ilə işləyən və 1973-cü il istehsalı olan “ZAZ” markalı avtomobil fərqli avtomobillərin ehtiyat hissələrindən yığılıb.
Ağcəbədi rayonunda yaşayan qəhrəmanımız, bir-neçə ilə ərsəyə gətirdiyi avtomobilinin əksər detallarını özü hazırlayıb. Artıq 10-dan çox rayonu gəzən Nağı İsmayılov yeməyini və yataq dəstini hər yerə özü ilə aparır. Gecələr maşında yatır, gündüzlər isə yol gedir.
Onun sözlərinə görə, avtomobili almaq istəyən çox olub. Ancaq o, maşınını satmaq niyyətində deyil. Bu maraqlı avtomobili görən hər kəs ayaq saxlayır və yaxınlaşıb maraqlanır.
Nağı İsmayılov bu günə qədər avtomobilin rəngini 5 dəfə dəyişib. Bundan sonra isə daha 3 dəfə rəng dəyişəcək. Səbəbi isə, hər dəfə dəyişdiyi rəngi bir nəvəsinə aid etməsidir.

65 yaşlı sürücü qəribə avtomobili ilə Azərbaycanı gəzir

65 yaşlı sürücü qəribə avtomobili ilə Azərbaycanı gəzir

Tehsil-press.az

Oxşar xəbərlər