Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubiley tədbirləri keçirilib

Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubiley tədbirləri keçirilib Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il 15 noyabr tarixli 689 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubiley tədbirləri keçirilib.
Xızı rayon Heydər Əliyev Mərkəzində mədəniyyət və təhsil işçilərinin, məktəblilərin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyinin baş məsləhətçisi Mönsüm Bağırov böyük şairin Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən söz açıb. Daha sonra çıxış edənlər Nəsiminin həyat və yaradıcılığı, keçdiyi dərin və mürəkkəb həyat yolundan, mübarizəsindən bəhs ediblər. Konfransdan sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin və Mərkəzi Kitabxananın birgə hazırladığı şairin kitablarından və stendlərdən ibarət sərgi ilə tanış olub, “Nəsimi” filmini izləyiblər.
Şuşa şəhər Niyazi adına Uşaq İncəsənət Məktəbində rəssamlıq şöbəsinin şagirdləri arasında “Nəsimi uşaqların gözü ilə” mövzusunda rəsm müsabiqəsi keçirilib. Müsabiqəyə ümumilikdə 15 rəsm əsəri təqdim olunub. Sərgidə fərqlənən 5 nəfər iştirakçı: Aynur Bayramlı, Zəhra Şıxıyeva, Mədinə İbizadə, Zəhra Həsənli, Aysel Məhərrəmova məktəbin Fəxri Fərmanı ilə təltif ediliblər.
Zəngilan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxanasında seminar, kitab sərgisi, dəyirmi masa, Zəngilan Kənd klubunda şeir müsabiqəsi keçirilib. Qaliblər diplomla təltif olunublar.

Sumqayıt Regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti


Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubiley tədbirləri keçirilibSumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubiley tədbirləri keçirilibSumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubiley tədbirləri keçirilibSumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubiley tədbirləri keçirilib

Oxşar xəbərlər