Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilib

Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilib Sumqayıt şəhər Q.Qarayev adına 1 nömrəli uşaq musiqi məktəbində Azərbaycan Raspublikasının Xalq artisti, Əməkdar İncəsənət xadimi, bəstəkar Arif Məlikovun 85 illiyi münasibətilə müasir bəstəkarların əsərlərindən ibarət konsert keçirilib. Tədbirdə məktəbin fortepiano və xalq çalğı alətləri şöbəsinin şagird və müəllimləri musiqi nömrələri ifa ediblər. Konsertdə Arif Məlikov, Xəyyam Mirzəzadə, İlham Abdullayev, Ramiz Mirişlinin və məktəbin yetirməsi, bəstəkar Ceyhun Allahverdiyevin əsərləri səslənib.
Sumqayıt Regional Mədəniyyət idarəsinin Qubadlı rayon Nümayəndəliyi, Mahmudlu Kənd Tam Orta məktəbi, Süleyman Rəhimov adına ədəbi birlik və Mədəniyyət evlərinin birgə təşkilatçılığı ilə Qubadlı rayon Mədəniyyət evində şair Ədalət Nicatla görüş keçirilib. Tədbirdə Mahmudlu kənd Tam Orta məktəbin şagirdləri şair Ədalət Nicatın şeirlərini söyləyiblər. Sonra “Bərgüşad” qəzetinin baş redaktoru və “Sözün sehri” qəzetinin təsisçisi Qafqaz Əvəzoğlu, Mahmudlu kənd Tam Orta məktəbinin direktoru Mahir Sarıyev, MKS-nin direktoru Müşginaz Muradova, Mahmudlu kənd Mədəniyyət evinin direktoru Ziba İbrahimova çıxış edərək şair Ədalət Nicatın yaradıcılığı haqqında geniş məlumat verib, şeirlərini ifa ediblər.

Sumqayıt Regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti


Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilib

Oxşar xəbərlər