
Nizami Gəncəvi adına Kitabxana Klubda daha bir tədbir dahi ədib, publisist Cəlil Məmməduluzdənin 150 illik yubuleyi münasibətilə keçirilib. Kitabxananın əməkdaşı Səadət Allahverdiyeva Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığı haqqında geniş məlumat verilib. Sonra oxucu Mədinə Rzayeva “Cəlil Məmmədquluzadənin yaradıcılığına bir baxış” mövzusunda məruzə edib. Daha sonra “Poçt qutusu”əsəri haqqında fikir mübadiləsi edilib, diskusiya aparılıb, videoçarx izlənilib, AYB-nın Sumqayıt bölməsinin sədri, şairə Gülnarə Cəmaləddin, Kitabxana klubun direktoru Zərnigar Babayeva və digərlərinin çıxışları dinlənilib. Sonda ədibin əsərlərindən ibarət kitab sərgisi haqqında məlumat verilib.
Sumqayıt şəhər Fikrət Əmirov adına uşaq musiqi məktəbində görkəmli bəstəkar, Xalq artisti Süleyman Ələsgərovun 95 illiyi münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan müəllimə Səriyyə Dünyamalıyeva sənətkarın yaradıcılığı, musiqi mədəniyyətimizə verdiyi töhvələrdən və pedoqoji fəaliyyətindən danışıb. Sonra V sinif şagirdi Ülvi Əlizadənin ifasında "Daimi hərəkət" (tarda), Vüqar Kərimovun ifasında "Rəqs tokkata" (qarmonda) və digər əsərləri səslənib.
Fikrət Əmirov adına uşaq musiqi məktəbində daha bir tədbir fortepiano şöbəsinin müəllim və şagirdlərinin iştirakı ilə görkəmli bəstəkar Elmira Nəzirovanın yaradıcılığına həsr olunub. Əvvəlcə müəllimə İlahə Hüseynova bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verib. Sonra III sinif şagirdi Türkan Həmidlinin ifasında "Prelüd № 3", V sinif şagirdi Fidan Şirinovanın ifasında "Etüd-pyes", VII sinif şagirdi Aynur Əhmədovanın ifasında "Pyes-prelüd № 4" və başqa əsərlər dinlənilib.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti
Mətbuat xidməti

