Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilib

Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilib Sumqayıt Regional Mədəniyyət idarəsi S.Rüstəmov adına uşaq incəsənət məktəbində Sumqayıt şəhər Mərkəzi Uşaq kitabxanasının birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə Həsənbəy Zərdabi mükafatçısı, uşaq yazarı Gülzar İbrahimova, Mərkəzi Uşaq Kitabxanasının müdiri Nailə Tağıyeva və YAP Sumqayıt şəhər təşkilatının nümayəndəsi Elbrus Səlimov iştirak ediblər.
Tədbirdə məktəbin şagirdləri: Rövşanə Əliyeva və Nihad Ağamoğlanovun ifasında "Heyratı " ritmik muğamı, Fuad Məmişovun ifasında "Krılatıye kaçeli", Məryəm Cəfərova və Nuray Məmmədovanın ifasında "Brazılıya karnavalı", skripkaçalanlar ansamblının ifasında "Tanqo" və şeir nümunələri maraqla dinlənilib, rəqs ansamblının ifasında "Süita" izlənilib.
Yazıçı Gülzar İbrahimova tədbirdə çıxış edərək maraqlı konsert proqramına görə məktəbin müəllim və şagir kollektivinə təşəkkür edib, məktəbin rəsm şöbəsi şagirdlərinin əl işləri ilə tanış olub, uşaqlara kitablarını hədiyyə edib.

Sumqayıt Regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti


Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilib

Oxşar xəbərlər