Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində Sumqayıtın 70 illiyi münasibətilə silsilə tədbirlər keçirilib

Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində Sumqayıtın 70 illiyi münasibətilə silsilə tədbirlər keçirilib Abşeron rayon Mədəniyyət Mərkəzində sumqayıtlı şair-bədiyəçi, AYB Qubadlı rayon bölməsinin sədri Namiq Mənanın “Sən gedəndən” adlı kitabının təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə Abşeron rayon Mədəniyyət Mərkəzinin direktoru Arif Vəliyev açaraq Namiq Mənanı təbrik edib, xoş arzularını çatdırıb.
Tədbirdə Namiq Mənanın şeirləri oxunub, tanınmış sənət adamlarının ifasında mahnılar dinlənilib.
Sumqayıt şəhər Q.Qarayev adına Uşaq Musiqi məktəbinin şagirdləri N.Tusi adına 12 nömrəli tam orta məktəbin şagirdləri qarşısında konsert proqramı ilə çıxış ediblər. Məktəbin fortepiano, tar, kamança və violin sinifinin şagirdləri Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərlərini həvəslə ifa ediblər. Konsert maraqla qarşılanıb.

Sumqayıt Regional Mədəniyyət İdarəsi
Mətbuat xidməti

Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində Sumqayıtın 70 illiyi münasibətilə silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində Sumqayıtın 70 illiyi münasibətilə silsilə tədbirlər keçirilib

Oxşar xəbərlər