
Bu bəyanatla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edib.
Nazir qeyd edib ki, dövlət strukturlarında FETÖ-nun gizli tərəfdarlarının sayı artıq kəskin azalıb, lakin bu, o demək deyil ki, onlar tamamilə yox olub.
Qeyd edək ki, FETÖ ilə mübarizə çərçivəsində ötən gün Xarici İşlər Nazirliyinin (XİN) 249 əməkdaşı saxlanılıb.
Son 7 ay ərzində FETÖ ilə mübarizə çərçivəsində Türkiyə Silahlı Qüvvələrinın sıralarından isə 1076 hərbi qulluqçu xaric edilib.
Qeyd edək ki, Fəthullah Gülən və tərəfdarları Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunur.
Tehsil-press.az