Müqəddəs Məkkə şəhərində “Qurani-Kərimdə və Peyğəmbər sünnəsində mötədillik və mülayimlik dəyərləri” adlı beynəlxalq konfrans keçirilir.
27-29 may tarixlərində keçirilən konfransda ölkəmizi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov təmsil edir.
Dünyanın müxtəlif müsəlman ölkələrinin dövlət qurumlarının nümayəndələri, dinşünas alimlər və ekspertlərin iştirak etdiyi beynəlxalq konfransda çıxış edən komitənin sədr müavini Səyavuş Heydərov ictimai-siyasi həyatda din amili, dini təhlükəsizlik problemləri, dini ekstremizm təhlükəsi, o cümlədən Azərbaycanda mövcud olan nümunəvi dövlət-din münasibətləri, tolerant və multikultural mühit barədə danışıb.
Bildirib ki, günümüzdə xüsusilə dini ayrı-seçkilik güclənir, dini radikalizm və ekstremizm geniş vüsət alır, bəzən dini zəmində qarşıdurmaya bilərəkdən rəvac verilir:
"Din təkcə ictimai təfəkkürə deyil, mədəniyyətə, siyasi mövqeyə, insanların mənəvi həyatına ciddi təsir göstərən siyasi vasitəyə çevrilir. Bu təhlükələrin qarşısının alınmasında, radikalizm və ekstremizm ideologiyası ilə mübarizədə effektiv nəticənin əldə olunmasında güc və ya təzyiq metodlarının deyil, tolerantlıq, multikulturalizm və həmrəylik ideologiyasından istifadənin mühüm əhəmiyyətə malikdir".
Dinlər və mədəniyyətlərarası dialoqa nail olmaq, sülh və əmin-amanlığı bərqərar etmək üçün bütün beynəlxalq təşkilatların, nüfuzlu dini mərkəzlərin, ən əsası ölkələrin səylərinin birləşdirilməsinin zəruriliyini diqqətə çatdıran komitə rəsmisi bu baxımdan Azərbaycanın üzərinə düşən mənəvi borcu və şərəfli missiyanı layiqincə yerinə yetirməyə çalışdığını qeyd edib.
S.Heydərov bildirib ki, hazırda respublikamızın dünyada beynəlxalq təhlükəsizliyə ciddi təhdid olan dini və etnik zəmində baş verən qarşıdurmaların qarşısının alınmasında öz əməli fəaliyyəti ilə hərəkətverici qüvvəyə çevrilib. 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan edilməsi, 10 ilini tamamladığımız “Bakı prosesi” dünya xalqları və mədəniyyətləri arasında qarşılıqlı hörmət və anlayışı, əməkdaşlıq və dialoqu təşviq edən qlobal xoşməramlı çağırışdır.
O, ölkəmizin dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində bütün dünyaya nümunə ola biləcək bir strategiya ortaya qoyduğunu söyləyib.
Sədr müavininin sözlərinə görə, Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik və vətəndaş həmrəyliyinin təməlində multikulturalizm, tolerantlıq, milli-mənəvi dəyərlərə hörmətlə yanaşı, güclü hüquqi baza və dövlətçilik prinsipləri dayanır: "Məzhəb ayrı-seçkiliyinin tüğyan etdiyi müasir dövrdə ölkəmizdə məzhəbindən asılı olmayaraq müsəlmanların vəhdət-birgə namazı qılması dünyaya açıq sülh mesajı kimi qəbul edilməlidir. Azərbaycan bu mesajı verməklə tarixi adət-ənənələrinə olan sadiqliyini, müasir günümüzdə onları daha mükəmməl və ideal variantda davam etdirməkdə maraqlı olduğunu bir daha bəyan edir."
Qlobal mahiyyət kəsb edən problemlərə qarşı mübarizənin ümumbəşəri xarakter daşıdığını qeyd edən Səyavuş Heydərov, Azərbaycanın dövlət-din siyasəti üzrə təcrübəsini bölüşməyə hazır olduğunu, eyni zamanda ölkəmizin dini radikalizm və ekstremizmlə mübarizədə beynəlxalq təşkilatlarla, o cümlədən xarici ölkələrlə əməkdaşlığı dəstəklədiyini vurğulayıb.
DQİDK-nın sədr müavini ölkələr arasında müvafiq istiqamətdə təcrübə mübadiləsinin aparılması, əməkdaşlıq perspektivlərinin müzakirə edilməsi baxımından çox faydalı platforma olan konfransın işinə uğurlar arzulayıb.
Tehsil-press.az