SOCAR prezidenti: Antipinsk neft emalı zavodunun alınması ilə bağlı danışıqlar davam edir

SOCAR prezidenti: Antipinsk neft emalı zavodunun alınması ilə bağlı danışıqlar davam edir Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Antipino neft emalı zavodunun səhmlərinin satın alınması ilə bağlı danışıqları davam etdirir.
Bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev jurnaslitlərə açıqlamasında deyib.
O bildirib ki, SOCAR hazırda müxtəlif şirkətlərlə, o cümlədən Antipinsk zavodu ilə danışıqlar aparır.
Qeyd edək ki, bir müddət əvvəl “Sberbank” Antipinsk neft emalı zavodunun satışı ilə bağlı potensial investorlarla danışıqlar apardığını bildirmişdi.
Bankın rəhbəri German Qref zavodun səhmlərinin 80 faizdən çoxunun bank tərəfindən alındığını və hazırda potensial investorlarla danışıqların getdiyini demişdi.

Tehsil-press.az

Oxşar xəbərlər