
Tədbirdə tərbiyə işləri üzrə prorektor, dosent Ata Babayev Prezident İlham Əliyevin akademik Həmid Araslının 110 illiyinin qeyd edilməsi haqqında 2019-cu il 11 fevral tarixli Sərəncamının əhəmiyyətini vurğulayıb. O, Sərəncamın elmimizə, ədəbiyyatımıza göstərilən diqqət və qayğının daha bir nümunəsi olduğunu deyib. Ata Babayev akademik Həmid Araslının elmi fəaliyyətindən danışıb.
Azərbaycan dili kafedrasının müdiri, professor Rüstəm Kamal akademik Həmid Araslı irsində klassik ədəbiyyat məsələləri, folklorşünaslıq, mətnşünaslıq, şərq xalqları ədəbiyyatı və müasir ədəbiyyatla bağlı tədqiqatların xüsusi yer tutduğunu bildirib.
Professor Rüstəm Kamal alimin xalqımızın ölməz ədəbi abidəsi olan “Kitabi-Dədə Qorqud”un Azərbaycanda ilk tədqiqatçısı kimi tanındığını söyləyib.
Sonra çıxış edən professor və müəllimlər, tələbələr akademik Həmid Araslının zəngin elmi irsi barədə fikirlərini bildiriblər.
ADNSU-nun Mətbuat Xidməti