Akademik Yusif Məmmədəliyev adına auditoriyanın açılışı olub

Akademik Yusif Məmmədəliyev adına auditoriyanın açılışı olub Noyabrın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) akademik Yusif Məmmədəliyev adına auditoriyanın açılışı olub. Tədbir iştirakçıları auditoriyanın qarşısında böyük alimə həsr olunmuş stendə tamaşa ediblər.
ADNSU-nun rektoru görkəmli alim, akademik Yusif Məmmədəliyevin Azərbaycan elmində tutduğu mövqedən, neft kimyası sahəsinə gətirdiyi yeniliklər və ixtiralardan danışıb.
Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov Yusif Məmmədəliyevin kimya sahəsindəki kəşfləri, neftin və neft qazlarının katalitik emalı sahəsindəki elmi tapıntılarından bəhs edib.
Universitetin professoru Yunis Qəhrəmanlı görkəmli alimin bioqrafiyası və keçdiyi həyat yolunu xatırladıb.
Akademikin qızı, mədəniyyət nazirinin müavini, Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru Sevda Məmmədəliyeva ailə üzvləri adından atasına göstərdikləri hörmət və ehtirama görə tədbir iştirakçılarına təşəkkür edib.

ADNSU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər