Bu ölkədə itburnu qadağan edildi

Bu ölkədə itburnu qadağan edildi Finlandiyanın Kənd və Meşə Təsərrüfatı Nazirliyi itburnunu zərərli bitkilər siyahısına daxil edib.
İyunun 1-dən başlayaraq bu bitkinin ölkə ərazisində əkilməsi, idxalı və satışı qadağan edilib.
Hökumət bağlarda, parklarda, yol kənarlarında bu bitkilərin məhv edilməsini tövsiyə edib. İri plantasiyaların məhv edilməsi üçün isə texnika ayrılacaq.
Bundan başqa, Finlandiyada canavarla itin hibridi olan itlərin yetişdirilməsi və saxlanılması qadağan edilib. Hazırda evlərdə saxlanılan itlərin ömrünün sonunadək saxlanmasına icazə verilib.

Tehsil-press.az

Oxşar xəbərlər