İlahiyyat İnstitutunda operativ qərargah yaradılıb

İlahiyyat İnstitutunda operativ qərargah yaradılıb Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) yaz semestrinin yay imtahan sessiyasına start verilib.
İyunun 28-dək davam edəcək sessiya imtahan cədvəlinə uyğun olaraq yazılı, zəruri hallarda isə şifahi formada, imtahanlar arasında 2 gün vaxt intervalı olmaqla keçirilir.
Sessiya dövründə tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi, şəffaflığın təmin edilməsi prioritet seçilib. İmtahanlar keçirilərkən təhlükəsizlik məsələləri, cavabların müəyyənləşdirilmiş meyarlar əsasında qiymətləndirilməsi istiqamətində zəruri tədbirlər görülüb.
Qeyd edək ki, sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların araşdırılması və həlli məqsədilə operativ qərargah yaradılıb. Qərargaha daxil olan müraciətlərin, şikayətlərin operativ şəkildə araşdırılaraq lazımi tədbir görülməsi nəzərdə tutulur.
İnstitutun foyesində müraciət və təklif qutuları asılıb, sorğu qutularına imtahanla bağlı rəylər yazıb daxil edilməsi üçün şərait yaradılıb.
Sessiya dövründə Aİİ-də imtahanlar ictimaiyyətə açıq keçiriləcək. İmtahan sessiyası dövründə valideynlərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə “açıq qapı” günlərinin keçirilməsi nəzərdə tutulur.
Ali təhsil müəssisəsinin kitabxanasında tələbələrin imtahanlara hazırlığı üçün lazımi şərait yaradılıb. Onlar fasiləsiz internetlə təchiz olunmuş kompüterlərdən istifadə edə bilərlər.

Tehsil-press.az

Oxşar xəbərlər