İyunun 7-nə gözlənilən hava proqnozu

İyunun 7-nə gözlənilən hava proqnozu Azərbaycanda iyunun 7-nə gözlənilən hava proqnozu açıqlanıb.
Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-23°, gündüz 27-32° isti, Bakıda gecə 21-23°, gündüz 30-32° isti olacağı gözlənilir.
Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturunun 20-21° isti olacağı ehtimalı var.
Cənub çimərliklərində Türkan, Hövsan, Sahil və Şıxda arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturunun 22-23° isti olacağı ehtimal edilir.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq. Lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturu gecə 15-20°, gündüz 30-35° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq. Lakin gündüz ayrı-ayrı yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18°, gündüz 20-25° isti təşkil edəcək.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz olacaq, lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22°, gündüz 31-36° isti təşkil edəcək.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin gündüz ayrı-ayrı yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20°, gündüz 28-33°, dağlarda gecə 9-14°, gündüz 18-23° isti olacaq.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 32-37° isti təşkil edəcək.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-22°, gündüz 30-35°, dağlarda gecə 15-20°, gündüz 23-28° isti olacaq.

Tehsil-press.az


Oxşar xəbərlər