Bu gün Azərbaycana yay gəlir

Bu gün Azərbaycana yay gəlir Bu gün Azərbaycanda yay fəsli başlayacaq.
Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov Trend-ə bildirib ki, ölkəmizə yay fəsli bu gün saat 19:54-də daxil olacaq.
Yay fəslinin daxil olması ilə yaz yekunlaşacaq.
Xatırladaq ki, yaz fəsli ölkəmizə martın 21-i gecə saat 01:58-də daxil olmuşdu.
Qeyd edək ki, bu il sentyabrın 23-ü 11:50-də payız, dekabrın 22-si 08:19-da isə qış fəsli ölkəmizə qədəm qoyacaq.

Tehsil-press.az

Oxşar xəbərlər