Təhsil naziri gənc liderlərlə görüşüb

Təhsil naziri gənc liderlərlə görüşüb İyulun 1-də Təhsil Nazirliyində “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının iştirakçıları ilə görüş keçirilib.
Bakı, Gəncə, Lənkəran, Şəmkir, Şəki, Şamaxı, Saatlı, Biləsuvar, Şirvan, Balakən, Sumqayıt, Quba, Tovuz və Mingəçeviri təmsil edən 50 gəncin iştirak etdiyi görüşdə nazir Ceyhun Bayramov Azərbaycanda gənclərin inkişafına dəstək verilməsinin dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb. Təhsil naziri qeyd edib ki, gənclərin himayədarı olan ümummilli lider Heydər Əliyev ölkəmizdə hərtərəfli inkişaf etmiş gənc nəslin yetişməsini dövlətin və cəmiyyətin mühüm vəzifəsi hesab edirdi. Təhsil sahəsində əsası Ümummilli Lider tərəfindən qoyulmuş islahatların Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan nazir təhsilin inkişafı istiqamətində görülmüş işlər və qarşıda duran hədəflər barədə ətraflı məlumat verib.
Ceyhun Bayramov, həmçinin respublikamızda istedadlı gənclər üçün yaradılan imkanlardan və gənclərin təhsil uğurlarından bəhs edib.
Sonra proqram iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
“Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının əsas məqsədi ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliğ olunması, gənclərdə müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hisslərinin gücləndirilməsi, onlarda liderlik keyfiyyətlərinin inkişafına şəraitin yaradılmasıdır.

Mətbuat Xidməti


Təhsil naziri gənc liderlərlə görüşübTəhsil naziri gənc liderlərlə görüşübTəhsil naziri gənc liderlərlə görüşübTəhsil naziri gənc liderlərlə görüşüb

Oxşar xəbərlər