“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi yubiley medalı” ilə təltif edilmiş bir qrup Sabirabad ağsaqqallarına medallar təqdim olunub

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi yubiley medalı” ilə təltif edilmiş bir qrup Sabirabad ağsaqqallarına medallar təqdim olunub İyulun 9-da rayon Mədəniyyət Mərkəzinin zalında Sabirabad rayon İcra Hakimiyyətinin Başçısı Siraqəddin Cabbarov tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 27 may 2019-cu il tarixli Sərəncamına əsasən Sabirabad rayon ağsaqqalları; Həmidov Böyükağa Mirheydər oğlu, Hadıyev Mirsahib Mirhadı oğlu, Əliyev Seyidməmməd Mirvəli oğluna“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018) yubiley medalı” təqdim olunub. Mərasimdə çıxış edən Sabirabad rayon İcra Hakimiyyətinin Başçısı Siraqəddin Cabbarov qeyd edib ki, bu medalla AXC liderlərinin varisləri və Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqində və təbliğində, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər. Siraqəddin Cabbarov bu yüksək dövlət mükafatına layiq görülməsi münasibətilə onları təbrik etdi, onlara can sağlığı, çətin və çoxsahəli fəaliyyətində yeni-yeni uğurlar arzuladı. Sonda Həmidov Böyükağa, Hadıyev Mirsahib, Əliyev Seyidməmməd öz sevinclərini tədbir iştirakçıları ilə bölüşərək göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti İlham Əliyev cənablarına və rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər.

Mətbuat Xidməti


“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi yubiley medalı” ilə təltif edilmiş bir qrup Sabirabad ağsaqqallarına medallar təqdim olunub“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi yubiley medalı” ilə təltif edilmiş bir qrup Sabirabad ağsaqqallarına medallar təqdim olunub

Oxşar xəbərlər