Braziliya prezidenti öz oğlunu ölkənin ABŞ-dakı səfiri təyin etmək istəyir

Braziliya prezidenti öz oğlunu ölkənin ABŞ-dakı səfiri təyin etmək istəyir Braziliya prezidenti Jair Bolsonaru öz oğlu Uduardu Bolsonarunu ölkəsinin ABŞ-dakı səfiri təyin etmək istəyir.
Bunu J.Bolsonaru jurnalistlərə açıqlamasında deyib.
Braziliya lideri bildirib: "Bu məsələyə baxılır, mən bunu istisna etmirəm. O, Trampın uşaqları ilə dostluq edir, ingilis və ispan dillərini bilir, xaricdə həyat təcrübəsinə malikdir. Mənim fikrimcə, o bu vəzifəyə çox uyğun gəlir və Vaşinqtonda [iş ilə] çox yaxşı bacarar".
E.Bolsonaru "GloboNews" telekanalına müsahibəsi zamanı bildirib ki, prezidentin ona tapşıracağı hər missiyanı yerinə yetirməyə hazırdır.

Tehsil-press.az

Oxşar xəbərlər