
Səfir bildirib ki, Azərbaycan regionda və daha geniş aləmdə oynadığı rol, eyni zamanda təhlükəsizlik sahəsində Əfqanıstanda həyata keçirilən sülhməramlı əməliyyata töhfəsi yüksək qiymətləndirilir.
O bildirib ki, bu istiqamətdə beynəlxalq səylər və etibarlı tərəfdaşlıq ABŞ höküməti tərəfindən müsbət dəyərləndirilir.
Görüşdə Azərbaycan ilə ABŞ arasında strateji əməkdaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub.
Tehsil-press.az