Tanınmış bloqer kanalizasiyada öldü

Tanınmış bloqer kanalizasiyada öldü “Road to film” YouTube kanalının 40 yaşlı belaruslu müəllifi Pavel Ş. Sankt-Peterburqda dünyasını dəyişib.
Bloqer bələdçisi Aleksey K. ilə birlikdə kanalizasiyalardan birində çəkiliş aparmaq istəyib. Kameraları 5 metr dərinlikdə yerləşdirən Pavel və Alekseylə gecə yarısı qəfildən əlaqə kəsilib. Onların dostu Fövqəladə Hallar Nazirliyinə (FHN) zəng etməli olub. Xilasedicilər kanalizasiyada hər iki şəxsin cəsədini aşkar ediblər. Onların oksigen çatışmazlığından öldüyü bildirilib.
Qeyd edək ki, “Road to film”in 580 min abunəçisi var.

Tehsil-press.az

Oxşar xəbərlər