Təyyarə oğrusu Azərbaycana uçmaq istəyib - Cinayət əməlinin təfərrüatı

Təyyarə oğrusu Azərbaycana uçmaq istəyib - Cinayət əməlinin təfərrüatı Surqut-Moskva təyyarəsini oğurlayan Pavel Şapovalovun cinayət əməlinin detalları məlum olub.
Rusiyanın NTV kanalı Pavelin təyyarəni əvvəlcə Azərbaycana uçurmağa çalışdığını bildirib. Kanalın hazırladığı reportajda deyilir:
“Şapovalov – hava nəqliyyatının oğurlanması cinayətində ittiham olunur. Uçuş zamanı o, stüardessanı yanına çağıraraq marşrutun istiqamətinin dəyişdirilməsini tələb edib. Üzərində silah olduğunu deyən Şapovalov əvvəlcə Azərbaycana uçmaq istəyib. Daha sonra isə fikrindən yayınıb və təyyarənin Əfqanıstana istiqamət götürməsini deyib”.
Xatırladaq ki, “Aeroflot” aviaşirkətinə məxsus təyyarə Pavel Şapovalovun xuliqanlıq hərəkəti nəticəsində Moskvada deyil, Xantı-Mansidə məcburi eniş etmişdi.

Tehsil-press.az

Oxşar xəbərlər