AzTU və Rumıniyanın Piteşti Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

AzTU və Rumıniyanın Piteşti Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub Rumıniyanın Piteşti Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Emanuel Soare və Beynəlxalq Əlaqələr Mərkəzinin müdiri Kristina-Loredana Bloju Azərbaycan Texniki Universitetində (AzTU) olublar.
Rektor vəzifəsini icra edən, professor Xalıq Yahudov iki universitet arasında əməkdaşlıqdan bəhs edib.
Daha sonra beynəlxalq əlaqələr üzrə prorektor Sübhan Namazov AzTU haqqında ətraflı məlumat verib, mövcud əməkdaşlıqdan, universitetin beynəlxalq əlaqələrindən, “ERASMUS+” və digər layihələr çərçivəsində görülən işlərdən danışıb.
Görüşdə hər iki universitetdə müxtəlif ixtisaslar üzrə xüsusilə magistratura səviyyəsində ikili diplomların verilməsi, beynəlxalq layihələrdə birgə iştirak, həmçinin əməkdaşlığın gücləndirilməsi üçün görüləcək işlər müzakirə edilib.

AzTU-nun Mətbuat Xidməti



Oxşar xəbərlər